Главная > Dünya > Konqresin Nümayəndələr Palatasının Komitəsi Rusiya aktivlərinin Kiyevə verilməsini dəstəkləyib
Konqresin Nümayəndələr Palatasının Komitəsi Rusiya aktivlərinin Kiyevə verilməsini dəstəkləyib8-11-2023, 11:58. Разместил: azadses |
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi müsadirə edilmiş Rusiya aktivlərinin bir hissəsinin Vaşinqton administrasiyası tərəfindən Ukraynaya verilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib. “Report”un məlumatına görə, sənədi 40 deputat dəstəkləyib, 2 deputat əleyhinə səs verib. Nümayəndələr Palatasının tam tərkibdə qanun layihəsinə nə vaxt baxacağı hələ müəyyən edilməyib. Qanun layihəsi bu ilin iyununda Konqresin Senatında və Nümayəndələr Palatasında bir qrup demokrat və respublikaçı tərəfindən təqdim edilib. Sənəd, xüsusilə, Rusiya Mərkəzi Bankından müsadirə edilmiş aktivlərin və Rusiyanın digər suveren aktivlərinin Ukraynaya əlavə yardımın göstərilməsi üçün istifadəsini özündə ehtiva edir. Təşəbbüsə görə, ABŞ hakimiyyəti həm də xarici tərəfdaşlarla razılaşdırılaraq Rusiya aktivlərinin Kiyevə ötürülməsi üçün beynəlxalq kompensasiya mexanizminin yaradılmasına çalışmalıdır. Vaşinqton amerikalı qanunvericilərə bu sahədəki tədbirlər, habelə Amerika sanksiyalarının Rusiyaya təsiri barədə hesabat verməli olacaq. Qanun layihəsinə görə, Rusiya Ukraynadan çəkilib təzminat verməyə razılaşana qədər, Amerika tərəfi sanksiyalara məruz qalmış Rusiya qurumlarına vəsaitlərin qaytarılması da qadağan edilməlidir. Вернуться назад |