Главная > Dünya > NYT: İsrail Qəzzanı ələ keçirəcək, lakin bütün HƏMAS hərəkatını məhv etməyə vaxtı olmayacaq

NYT: İsrail Qəzzanı ələ keçirəcək, lakin bütün HƏMAS hərəkatını məhv etməyə vaxtı olmayacaq


4-11-2023, 08:53. Разместил: azadses
İsrail Qəzza zolağına nəzarəti ələ keçirəcək, lakin bütün HƏMAS qüvvələrinin kökünü kəsmək üçün kifayət qədər vaxtı olmayacaq.

“Report” xəbər verir ki, bu fikri “The New York Times”a İsrailin yüksəkrütbəli hərbi rəsmisi deyib.

Onun fikrincə, İsrail qoşunları tezliklə anklavı ələ keçirəcək. Lakin o, əmin deyil ki, İsrail Müdafiə Ordusunun “HƏMAS qüvvələrinin kökünü kəsmək üçün kifayət qədər vaxtı olacaq”, çünki dünya ictimai rəyi İsrailə kəskin şəkildə qarşıdır.

Nəşrin qeyd etdiyi kimi, radikal hərəkatın aradan qaldırılması aylar çəkə bilər.


Вернуться назад