Главная > Dünya > Almaniyanın müdafiə naziri 3-cü dünya müharibəsi barədə xəbərdarlıq edib: "Hazır olmalıyıq"

Almaniyanın müdafiə naziri 3-cü dünya müharibəsi barədə xəbərdarlıq edib: "Hazır olmalıyıq"


30-10-2023, 15:30. Разместил: azadses
“Üçüncü dünya müharibəsi başlaya bilər”.

“Report” xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius ZDF telekanalına müsahibəsində deyib.

O bildirib ki, Avropada üçüncü dünya müharibəsi Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi və Rusiyanın Ukraynaya qarşı ikinci ildir apardığı hərbi əməliyyatlar fonunda başlaya bilər.

Nazirin sözlərinə görə, Almaniya belə bir ssenariyə hazır olmalıdır: “Biz Avropada müharibə təhlükəsinin ola biləcəyi ehtimalına öyrəşməliyik”.

Eyni zamanda, B.Pistorius vurğulayıb ki, Berlin Yaxın Şərq regionunda daha da böyük eskalasiyanın qarşısını almaq üçün hər cür səy göstərəcək.


Вернуться назад