Главная > Dünya > İsrail aviasiyası HƏMAS-ın 250-dən çox mövqeyinə zərbələr endirib

İsrail aviasiyası HƏMAS-ın 250-dən çox mövqeyinə zərbələr endirib


26-10-2023, 16:00. Разместил: azadses
İsrail ordusunun döyüş təyyarələri Qəzza zolağında 250-dən çox HƏMAS hədəfinə, əməliyyat komandanlıq mərkəzlərinə, tunel şaftları və İsrail ərazilərinə atəş açan mülki ərazilərin mərkəzində yerləşdirilmiş raketatan qurğulara zərbələr endirib.

Bu barədə “Report” İsrail Müdafiə Ordusuna istinadən xəbər verir.

Bildirilib ki, İsrail Hərbi Dəniz Qüvvələri Xan Yunis bölgəsində HƏMAS-ın yer-hava raket buraxılış məntəqəsinə də zərbələr endirib.

"Post məscid və uşaq bağçasının yanında yerləşir və bu, HƏMAS-ın qəsdən mülki obyektlərdən terror məqsədləri üçün istifadə etdiyini sübut edir", - məlumatda vurğulanıb.

Nəcməddin Quluzadə


Вернуться назад