Главная > Dünya > İrana gedən yük gəmisi Volqa-Xəzər kanalında saya oturub

İrana gedən yük gəmisi Volqa-Xəzər kanalında saya oturub


15-10-2023, 13:40. Разместил: azadses
Rusiyadan Xəzər limanına (İran - Qeyd) gedən “Volqo-Balt-232” yük gəmisi Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının 146-cı kilometrliyində saya oturub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə mətbuat xidməti məlumat yayıb.

“Gəmi heyətinin tibbi yardıma ehtiyacı yoxdur, 10 günlük qida ehtiyatı da var. Naviqasiya pozulmayıb, neft məhsullarının dağılması faktı qeydə alınmayıb”,-məlumatda vurğulanıb.

Gəminin 2,9 min ton qarğıdalı daşıdığı deyilir. Gəminin yenidən suya salınması üçün yedəkdən istifadə məsələsinə baxılır.


Вернуться назад