Главная > Dünya > Rusiyada terror aktı törətməyə cəhd göstərən məktəbli saxlanılıb

Rusiyada terror aktı törətməyə cəhd göstərən məktəbli saxlanılıb


10-10-2023, 15:18. Разместил: azadses
Rusiyanın Krasnoyarsk diyarında terror aktı törətməyə cəhd göstərən IX sinif şagirdi saxlanılıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, 16 yaşlı Aleksandr adlı yeniyetmədən terror fəaliyyəti ilə bağlı dərsliklər və əlavə materiallar götürülərək istintaqa təqdim olunub. Yeniyetmə saxlanılaraq istintaq təcridxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад