Главная > Dünya > Xarkova raket hücumlarının nəticələri açıqlanıb

Xarkova raket hücumlarının nəticələri açıqlanıb


7-10-2023, 12:02. Разместил: azadses
Son 2 gündə Ukraynanın Xarkov vilayətinə endirilən ballistik raket zərbələrindən kütləvi ölən və yaralananların son statistikası açıqlanıb.

Xarkov vilayəti hərbi administrasiyanın rəhbəri Oleq Sinequbov "Report"un Şərqi Avropa bürosuna açıqlamasında bildirib ki, Rusiyanın "İskəndər" tipli raketlə oktyabrın 5-də vilayətin Kupyansk rayonu Hroza kəndinə endirdiyi zərbə nəticəsində mülki insanlar arasında ölənlərin sayı 52-yə çatıb:

"50 nəfər zərbə zamanı həlak olub, 2 nəfər isə aldığı yaralardan sonra dünyalarını dəyişiblər. Kənddən 6 nəfər yaralılar var".

Onun sözlərinə görə, ötən gün Rusiya tərəfindən Xarkov şəhərinin mərkəzinə endirilən "İskəndər" tipli raket zərbəsi nəticəsində isə 2 nəfər ölüb, 30 nəfər yaralanıb:

"Ölənlərdən biri 10 yaşlı oğlandır, yaralananlardan biri isə 11 aylıq körpədir. Ümumilikdə 88 yaşayış binası, 61 mülki avtomobil raket zərbələrindən dağılıb", - deyə O. Sinequbov əlavə edib.


Вернуться назад