Главная > Dünya > Türkiyəli general: “ABŞ-nin etirazlarına baxmayaraq, ordumuz hərbi əməliyyatlar keçirməlidir”

Türkiyəli general: “ABŞ-nin etirazlarına baxmayaraq, ordumuz hərbi əməliyyatlar keçirməlidir”


6-10-2023, 20:23. Разместил: azadses
“Ankara Suriyanın şimalında genişmiqyaslı quru əməliyyatı keçirib PKK-YPG terror qruplaşmasının yaraqlılarını və onların obyektlərini məhv etməlidir”.

Bu sözləri yerli mətbuatına açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin istefada olan generalı Naim Baburoğlu deyib.

N.Baburoğlu qeyd edib ki, bu əməliyyatlar ABŞ-nin etirazlarına baxmayaraq icra edilməlidir.

Hərbi ekspertin fikrincə, Türkiyə ordusu oktyabr-noyabr aylarında Suriyanın 60-70 kilometr dərinliyə qədər transsərhəd hərbi əməliyyatlar keçirib Suriya-Türkiyə sərhədini terrorçulardan təmizləməlidir.
Türkiyə ordusunun istefada olan generalı hesab edir ki, Suriyadan sonra oxşar əməliyyat Şimali İraqda icra edilməlidir.

Mənbə: Cumhuriyet.com.tr


Вернуться назад