Главная > Dünya > Pakistanda avtobus və yük maşını toqquşub, 20 nəfər ölüb

Pakistanda avtobus və yük maşını toqquşub, 20 nəfər ölüb


20-08-2023, 20:11. Разместил: azadses
Pakistanın Pəncab əyalətində avtobusla yük avtomobilinin toqquşması nəticəsində azı 20 nəfər ölüb, 15 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi xilasetmə xidmətinə istinadən məlumat yayıb.

Hadisə səhər saatlarında Faisalabad şəhəri yaxınlığındakı magistral yolda qeydə alınıb. Kəraçi-İslamabad marşrutu ilə hərəkət edən sərnişin avtobusu dizel yanacağı çənləri daşıyan yük maşınına çırpılıb.

Toqquşma nəticəsində yanacaq çəni partlayıb, yanğın hər iki avtomobili bürüyüb.

Avtobusda azı 40 nəfər olub.


Вернуться назад