Главная > Dünya > Boliviyada ağır yol-nəqliyyat hadisəsi olub, 18 nəfər ölüb

Boliviyada ağır yol-nəqliyyat hadisəsi olub, 18 nəfər ölüb


17-08-2023, 08:46. Разместил: azadses
Boliviyada ağır yol-nəqliyyat hadisəsində azı 18 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli “Deber” nəşri polisə istinadən məlumat yayıb.

“18 ölü və 20 yaralı... qurumlararası xidmətin avtobusunun iştirakı ilə olan qəzanın nəticəsi”, - məlumatda bildirilib.

Qeyd olunub ki, avtobus Santa-Krus-Koçabamba magistral yolunun 80-ci kilometrliyində yoldan çıxaraq qəzaya uğrayıb. Sürücü xəsarət alıb. Nəşrin xəbərinə görə, ölənlər arasında həddi-büluğa çatmayan şəxslər də var.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад