Главная > Dünya > Tviterin rəqibi tezliklə veb versiyasını və axtarış funksiyasını işə salacaq

Tviterin rəqibi tezliklə veb versiyasını və axtarış funksiyasını işə salacaq


5-08-2023, 09:36. Разместил: azadses
X-ə (keçmiş "Twitter") rəqib olan "Threads" sosial şəbəkəsi yaxın həftələrdə axtarış funksiyasını və tətbiqin veb versiyasını işə salacaq.

"Report" xəbər verir ki, bu barədə "Meta" şirkətinin rəhbəri Mark Zukerberq bildirib.

"Axtarış və veb versiya yaxın bir neçə həftə ərzində əlçatan olacaq", - Zukerberq qeyd edib.

"Threads" proqramı iyulun 5-də meydana çıxıb. Yeni sosial şəbəkənin abunəçilərinin sayı istifadəyə verildiyi andan 30 milyona çatıb.


Вернуться назад