Главная > Dünya > Şakiranın həbsi istənildi: Azadlıqdan məhrum edilə bilər?

Şakiranın həbsi istənildi: Azadlıqdan məhrum edilə bilər?


21-07-2023, 16:43. Разместил: azadses
İspaniyanın Kataloniya bölgəsində yerləşən Barselona yaxınlığındakı məhkəmə tərəfindən məşhur müğənni Şakiraya qarşı istintaq işi qaldırılıb.

Şakira gəlir və sərvət vergisi fırıldaqçılığı ilə ittiham olunur və ona 8 il həbs cəzasının verilməsi istənilir.

Şakiranın 2018-ci ildə gəlir və sərvət vergisi ilə bağlı fırıldaqçılıq etdiyi iddia olunur.

Məhkəmə istintaqla bağlı başqa təfərrüatı açıqlamayıb.
Qeyd edək ki, Şakiranın 2012-2014-cü illərdə 14,5 milyon avro dəyərində vergi borcu ilə bağlı başqa bir istintaq işi üzrə də ilin sonuna yaxın məhkəmə qarşısına çıxması gözlənilir.

Mənbə: Haber Global


Вернуться назад