Главная > Dünya > Türkiyədə avtobusla yük maşını toqquşub, ölən və yaralananlar var

Türkiyədə avtobusla yük maşını toqquşub, ölən və yaralananlar var


19-07-2023, 12:53. Разместил: azadses
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 1 nəfər ölüb, 34 nəfər yaralanıb.

“Report”un xəbərinə görə, hadisə Elazığ-Malatya avtomobil yolunun Koçharman kəndi ərazisində baş verib.

Avtobus İstanbuldan Bingöl istiqamətində hərəkət edirmiş.

Yaralılar hospitala yerləşdirilib.

Araşdırma aparılır.


Вернуться назад