Главная > Dünya > Türkiyə və ABŞ müdafiə nazirləri İsveçin NATO-ya üzvlük məsələsini müzakirə ediblər
Türkiyə və ABŞ müdafiə nazirləri İsveçin NATO-ya üzvlük məsələsini müzakirə ediblər11-07-2023, 08:35. Разместил: azadses |
Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Austin arasında telefon danışığı olub. “Report” “Haber Global”a istinadən xəbər verir ki, nazirlər ikitərəfli və çoxtərəfli müdafiə məsələlərini müzakirə ediblər. Y.Gülər və L.Austin Türkiyə, İsveç və NATO rəhbərləri arasında dünən, iyulun 10-da Vilnüsdə baş tutan üçtərəfli görüş haqqında fikir mübadiləsi aparıb, əldə olunan nəticələri müsbət qiymətləndiriblər. L.Austin ABŞ-ın Türkiyənin hərbi modernizasiyasına dəstəyini ifadə edib. Вернуться назад |