Главная > Dünya > Polis Britni Spirsin döyülməsi ilə bağlı cinayət işini bağlayıb

Polis Britni Spirsin döyülməsi ilə bağlı cinayət işini bağlayıb


9-07-2023, 20:06. Разместил: azadses
Müğənni Britni Spirsin basketbolçu Viktor Vembanyamanın cangüdəni tərəfindən döyülməsi ilə bağlı işə xitam verilib.

Məlumata görə, mühafizəçi həqiqətən müğənninin əlini itələyib. Lakin polis müğənninin daha sonra özünü vurduğu qənaətinə gəlib.

Belə ki, cangüdən barəsində zorakılıqla bağlı deyilənlər böhtan kimi qiymətləndirilib. Bu versiyanın hoteldəki kameraların görüntüləri ilə təsdiqləndiyi iddia edilir.

Məlumata görə, idmançının mühafizəçisinə haqq qazandırılıb və onu heç bir təhlükə gözləmir.
Qeyd edək ki, hadisə iyulun 6-da baş verib. Müğənni bildirmişdi ki, idmançı ilə şəkil çəkdirmək istəyəndə Vembanyamanın cangüdəni onun üzünə vurub. Nəticədə eynəyi gözlərindən uçub və o, az qala yerə yıxılıb.

Mənbə: Rolling Stone


Вернуться назад