Главная > Dünya > Aİ Ukraynaya 50 milyard avroluq maliyyə yardımı planlaşdırır

Aİ Ukraynaya 50 milyard avroluq maliyyə yardımı planlaşdırır


20-06-2023, 07:43. Разместил: azadses
Avropa İttifaqı (Aİ) Ukraynaya təxminən 50 milyard avro məbləğində maliyyə yardımı paketi təqdim etməyi planlaşdırır.

“Report”un məlumatına görə, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Onlar bildiriblər ki, Avropa Komissiyasının təklifi Ukrayna hökumətinin cari xərclərini maliyyələşdirməyə və təcili yenidənqurma prioritetlərini ödəməyə kömək edəcək.

Yeni yardım paketi çərşənbə axşamı elan ediləcək, agentlik yazır. Bununla belə, sənəd hələ də dəyişdirilə bilər.

Agentliyin mənbələri qeyd ediblər ki, yardım qrantlar, güzəştli kreditlər və zəmanətlər şəklində təklif olunacaq.

Həmsöhbətlərdən birinin sözlərinə görə, plan bazar kreditləri əvəzinə üzv dövlətlərin töhfələri hesabına maliyyələşdiriləcək.

Qeyd olunur ki, Brüssel Rusiya Mərkəzi Bankı da daxil olmaqla, dondurulmuş aktivlərdən istifadə variantlarını da nəzərdən keçirir.

Hazırkı paket maaşların, pensiyaların və bəzi dövlət xidmətlərinin ödənilməsi üçün istifadə edilən yardımı ehtiyac duyulan infrastrukturun yenidən qurulması ilə bağlı xərclərlə birləşdirmək məqsədi daşıyır.

Vurğulanır ki, nağd pul Ukraynanın qanunun aliliyini təkmilləşdirməyə və korrupsiyaya qarşı mübarizəyə yönəlmiş islahatlar həyata keçirməsi şərti ilə ödəniləcək.


Вернуться назад