Главная > Dünya > Yaponiya parlamenti ölkənin müdafiə büdcəsinin artırılmasını dəstəkləyib

Yaponiya parlamenti ölkənin müdafiə büdcəsinin artırılmasını dəstəkləyib


18-06-2023, 13:39. Разместил: azadses
Yaponiya parlamenti müdafiə xərclərinin artırılması üçün xüsusi fondun yaradılması haqqında qanun qəbul edib və bununla da baş nazir Fumio Kisidanın ölkənin hərbi qüdrətinin artırılması təşəbbüsünü dəstəkləyib.

Bu barədə “Report” “Japan Today”ə istinadən xəbər verir.

Əsas müxalifət partiyalarının ona mane olmaq cəhdlərinə baxmayaraq, qanun layihəsi Şura Palatası tərəfindən təsdiqlənib.

Qanunvericilik Baş nazir Fumio Kisidanın müdafiə qabiliyyətini gücləndirmək üçün 2027-ci maliyyə ili ərzində 300 milyard dollardan çox vəsait ayırmaq planının tərkib hissəsidir.

Hazırkı plana əsasən, hökumət lazımi maliyyələşməni dövlət aktivlərinin satışı və ya bəzi xüsusi dövlət büdcəsi hesablarında artıq vəsaitlərin istifadəsi hesabına təmin edəcək.

Hökumət həmçinin xərcləri islahat edəcək və sonra müdafiə büdcəsindəki artımı qismən maliyyələşdirmək üçün korporativ, gəlir və tütün vergilərini artıracaq. Bu gün Yaponiyanın müdafiə büdcəsi ÜDM-in təxminən 1 faizi ilə məhdudlaşır, lakin müdafiə ilə bağlı xərclərin 2027-ci maliyyə ilinə qədər 2 faizə yüksələcəyi ehtimal edilir.


Вернуться назад