Главная > Dünya > Hindistanda ölənlərin sayı 288 nəfərə çatıb, ştatda bir günlük matəm elan edilib – YENİLƏNİB - 4

Hindistanda ölənlərin sayı 288 nəfərə çatıb, ştatda bir günlük matəm elan edilib – YENİLƏNİB - 4


3-06-2023, 10:44. Разместил: azadses
Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 288 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, yaralananların sayı təxminən 900 nəfərə yaxındır.

Hindistanın Odişa ştatının hakimiyyət orqanları Balasore şəhəri yaxınlığındakı Bahanaq dəmir yolu stansiyası ərazisində qatarların toqquşması nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar bir günlük matəm elan edib. Şənbə günü ştatda bütün şənlik və əyləncə tədbirlərinin keçirilməsi qadağandır.

Dəmir Yolları Nazirliyi qəzada ölənlərin yaxın qohumlarına 1 milyon rupi (12 min ABŞ dolları), ağır yaralananlara 200 min rupi (2400 ABŞ dolları), yüngül xəsarət alanlara isə 50 min rupi (604 ABŞ dolları) təzminat ödəyəcəyini açıqlayıb.

Qəza yerində xilasetmə işləri davam edir. Onlara 500-dən çox insan cəlb olunub.

02:36
Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 207 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” hadisənin baş verdiyi Odişa ştatının yanğınsöndürmə xidmətinin rəhbəri Sudhanşa Sarangiyə istinadən məlumat yayıb.

“ANI” agentliyi bildirib ki, yaralananların sayı təxminən 900 nəfərə yaxındır. Hüquq-mühafizə orqanları qurbanların sayı ilə bağlı KİV məlumatlarını hələlik təsdiqləməyib.

“Hindustan Times” qəzetinin məlumatına görə, aşmış vaqonların içində bir neçə yüz insan qala bilər.

2023-06-02 22:42
Hindistanda yük və sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 70-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Press Trust of India” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, qəza zamanı 350-dən çox insan yaralanıb.

20:43
Hindistanda sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində azı 50 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

20:05
Hindistanda sərnişin qatarı yük qatarı ilə toqquşub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Sərnişin qatarının 8 vaqonunun relsdən çıxdığı toqquşma nəticəsində bir neçə nəfərin öldüyü deyilir.

Qəzetin məlumatına görə, hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.


Вернуться назад