Главная > Dünya > ABŞ-də dövlət borcu tavanı ilə bağlı razılıq əldə olunub

ABŞ-də dövlət borcu tavanı ilə bağlı razılıq əldə olunub


29-05-2023, 17:12. Разместил: azadses
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, respublikaçı Kevin Makkarti defoltun qarşısını almaq üçün Ağ Evlə prinsipial razılaşmanın mövcudluğunu açıqlayıb.

“Mən indicə prezidentlə telefonla danışdım. O, vaxt itirdikdən və aylarla danışıqlardan imtina etdikdən sonra biz Amerika xalqına layiq olan prinsipial razılığa gəldik”, - konqresmen “Twitter”də yazıb.

Makkarti jurnalistlərə bildirib ki, borc tavanı sazişinin mətni tezliklə dərc olunacaq və mayın 31-i çərşənbə günü Nümayəndələr Palatasında sənəd üzrə səsvermə keçiriləcək.

“Bizim hələ çox işimiz var”, - spiker qeyd edib.

O, ilk olaraq konqresmenlərlə danışmaq istədiyini izah edərək əldə olunan razılaşmanın təfərrüatlarını açıqlamayıb. Eyni zamanda o, bildirib ki, saziş “tarixi xərclərin azaldılması” və “insanları yoxsulluqdan çıxaracaq islahatlar” nəzərdə tutur. Sənəddə “yeni vergilər, yeni dövlət proqramları yoxdur”.

Bir müddət sonra Bayden də milli borcla bağlı razılaşmanı təsdiqləyib.
“Bu, işləyən vətəndaşlar üçün kritik proqramları qorumaq və hamı üçün iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, xərclərin azaldılması istiqamətində mühüm addımdır... Razılaşma kompromisdir, bu o deməkdir ki, heç də hər kəs istədiyini almır”, - o, Twitter-də yazıb.

Prezident sazişi “Amerika xalqı üçün yaxşı xəbər” adlandırıb, çünki o, “fəlakətli defolt”, iqtisadiyyatda tənəzzül, pensiya hesablarının boşaldılması və milyonlarla iş yerinin itirilməsinin qarşısını alır.

Qeyd edək ki, Birləşmiş Ştatlar tarixində ilk defolta yaxınlaşıb. Yanvarda ölkənin dövlət borcu 31,4 trilyon dollar həddinə çatıb.

Mənbə: rbc.ua


Вернуться назад