Главная > Dünya > Meksikada avtomobil yarışı zamanı 10 sürücü qətlə yetirilib
Meksikada avtomobil yarışı zamanı 10 sürücü qətlə yetirilib21-05-2023, 10:33. Разместил: azadses |
Meksikanın San-Visente şəhərində keçirilən “Cachanillazo” avtomobil yarışı zamanı naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində ən azı on yarış sürücüsü həlak olub, doqquz nəfər yaralanıb. “Report” xəbər verir ki, bu barədə Meksikanın baş prokurorunun bəyanatına istinadən “Fox8” telekanalı məlumat yayıb. Bir neçə silahlı şəxs içərisində sürücülərin əyləşdiyi yarış avtomobillərinə atış açıblar. Məlumatda öldürülənlərin kimliyi və vətəndaşlığı açıqlanmayıb. Faciə yerli sakinlər və ölkənin hər yerindən gələn sürücülər arasında qəzəbə səbəb olub. Meksika hakimiyyəti artıq hadisə ilə bağlı araşdırmalara başlayıb və günahkarların tapılaraq cəzalandırılacağına söz verib. Вернуться назад |