Главная > Dünya > Hirosimada Yaponiya, ABŞ və Cənubi Koreyanın liderləri görüşəcək

Hirosimada Yaponiya, ABŞ və Cənubi Koreyanın liderləri görüşəcək


15-05-2023, 09:07. Разместил: azadses
Yaponiya, ABŞ və Cənubi Koreya liderlərinin görüşü Hirosimada G7 sammiti çərçivəsində keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno bildirib.

Onun sözlərinə görə, regionundakı təhdidlər fonunda bu ölkələr həm ikitərəfli, həm də üçtərəfli əməkdaşlığı gücləndirməlidir.

O vurğulayıb ki, üçtərəfli görüş zamanı bu məsələ üzrə dialoqun intensivləşdirilməsi planlaşdırılır.

Xatırladaq ki, G7 ölkələrinin liderlərinin sammiti mayın 19-21-də Yaponiyada keçiriləcək.


Вернуться назад