Главная > Dünya > KİV: “İnternetdə ABŞ-ın 230 mindən çox dövlət qulluqçusunun şəxsi məlumatları yayılıb”

KİV: “İnternetdə ABŞ-ın 230 mindən çox dövlət qulluqçusunun şəxsi məlumatları yayılıb”


13-05-2023, 11:12. Разместил: azadses
ABŞ-da dövlət qurumlarının 237 min əməkdaşının Nəqliyyat Departamentindəki şəxsi məlumatları internetdə yayılıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” Nəqliyyat Departamentinin ABŞ Konqresinə göndərdiyi məktuba istinadən məlumat yayıb.

Bildirilib ki, məlumatların təhlükəsizliyinin pozulmasının “TRANServe”in imtiyazların emalı sistemlərinə təsir göstərib. Bu sistemlər dövlət qulluqçularının ezamiyyət xərclərinin bir hissəsini kompensasiya edir. Məlumatların cinayət məqsədləri üçün istifadə edilib-edilmədiyi məlum deyil.

Qeyd edilib ki, insidentlə bağlı araşdırma aparılır və təhlükəsizlik bərpa olunana qədər “TRANServe” sisteminə giriş dondurulub.


Вернуться назад