Главная > Dünya > Avropa ölkəsində zibili doğru yerə atanlar qarşılığında mükafat qazanacaqlar

Avropa ölkəsində zibili doğru yerə atanlar qarşılığında mükafat qazanacaqlar


12-05-2023, 18:15. Разместил: azadses
Məişət tullantılarını lazımi yerlərə atacaq Belçika sakinləri kommunal xidmətlərə endirim, muzeyə pulsuz bilet və ya mağazalarda müəyyən əşya ilə dəyişdirilə bilən xüsusi çeklər əldə edə biləcəklər.

Çeki əldə etmək üçün xüsusi proqram yükləməli və onun vasitəsilə atılan zibillərin görüntüsünü çəkmək lazımdır.

Məlumata görə, digər Avropa ölkələri də küçələrdə tullantıların miqdarını azaltmağa çalışırlar. Məsələn, ötən il İtaliyada zibilin avtomobilin pəncərəsindən atılmasına görə cərimə ikiqat artırılıb. İndi bu pozuntunun törədildiyi yerdən asılı olaraq 216 avrodan 866 avroya qədər cərimə yazıla bilər. Avtomobilin pəncərəsindən atılan siqaret kötüyü isə sürücüyə 56-204 avroya başa gələcək.
Mənbə: rossaprimavera.ru


Вернуться назад