Главная > Dünya > Maykl Duqlas fəxri mükafata layiq görüləcək

Maykl Duqlas fəxri mükafata layiq görüləcək


4-05-2023, 09:46. Разместил: azadses
Aktyor Maykl Duqlas 2023-cü ildə Kann Film Festivalında fəxri Qızıl Palma Budağı mükafatına layiq görüləcək.

Mükafatlandırma mərasimi festivalın açılış günü - mayın 16-da baş tutacaq.

Duqlas əvvəllər festivala “Əsas instinkt”, “Çin sindromu” kimi filmləri ilə qatılıb.
Aktyor karyerası boyu “Oskar”, “Emmi”, “Qızıl Qlobus”, BAFTA, “Sezar” və s. mükafatlar qazanıb.

Mənbə: film.ru


Вернуться назад