Главная > Dünya > KİV: Almaniya Müdafiə Nazirliyi 200 yeni “Puma” piyada döyüş maşını alacaq

KİV: Almaniya Müdafiə Nazirliyi 200 yeni “Puma” piyada döyüş maşını alacaq


1-05-2023, 17:04. Разместил: azadses
Bundesver 200 yeni Puma piyada döyüş maşını (PDM) almağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Bild am Sonntag" hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ilk mərhələdə 1,5 milyard avro dəyərində 50 ədəd PDM sifariş etmək planlaşdırılır. 2024-cü ilin əvvəlinə qədər Almaniya daha 61 avtomobil ala bilər.

Qeyd olunur ki, bu texnikanın alınması üçün vəsait ölkənin Müdafiə Nazirliyinin xüsusi fondundan 100 milyard avro ayrılacaq.

Eyni zamanda, nəşr yazıb ki, Almaniya hökuməti və Hesablama Palatası bu avadanlığın alınması fikrinə şübhə ilə yanaşır.


Вернуться назад