Главная > Dünya > BMT baş katibi humanitar məsələlər üzrə müavinini təcili olaraq Sudana göndərib

BMT baş katibi humanitar məsələlər üzrə müavinini təcili olaraq Sudana göndərib


1-05-2023, 08:14. Разместил: azadses
BMT-nin baş katibi Antoniu Quterreş Sudanda vəziyyətin sürətlə pisləşməsi ilə əlaqədar humanitar və fövqəladə yardım koordinatorunun müavini Martin Qriffitsi regiona göndərib.

"Report" xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

Baş katibin sözçüsü bildirib ki, Sudan sürəti və miqyası misli görünməmiş artan humanitar böhranla üz-üzədir. Onun sözlərinə görə, BMT Sudanın və bütövlükdə regionun bütün sakinlərini nəinki ani, həm də uzunmüddətli mənfi nəticələrə gətirib çıxaracaq hadisələrdən son dərəcə narahatdır.

"BMT Sudanda münaqişənin bütün tərəflərini mülki əhalini və infrastrukturu qorumağa, döyüşlərdən qaçan mülki şəxslər üçün təhlükəsiz keçidi təmin etməyə, humanitar personalı və əmlakı qorumağa və yardım əməliyyatlarını asanlaşdırmağa çağırır", - Dujarrik əlavə edib.


Вернуться назад