Главная > Dünya > Paraqvayın hakim partiyasının namizədi prezident seçkilərində lider olub

Paraqvayın hakim partiyasının namizədi prezident seçkilərində lider olub


1-05-2023, 07:59. Разместил: azadses
Paraqvayın hazırkı Prezidenti Mario Abdo Benites hakim “Kolorado” Partiyasının namizədi Santyaqo Penyanı prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, müvafiq paylaşım Benitesin tviter səhifəsində yerləşdirilib.

"Paraqvay xalqını səsvermədə fəal iştirakına görə və Santyaqo Penyanı prezident seçilməsi münasibətilə təbrik edirəm. Biz institutlarımızı və demokratiyamızı gücləndirəcək hakimiyyətin şəffaf və nizamlı keçidi istiqamətində birlikdə işləməyə başlayacağıq", - o yazıb.

Aprelin 30-da Paraqvayda prezident seçkiləri keçirilib. Səslərin 80%-nin hesablanmasının nəticələrinə görə seçicilərin 43,61 %-i Penyaya, 27,62 %-i onun əsas rəqibi Efrain Aleqre səs verib.

Prezident seçkilərində qalib gəlmək üçün namizədin nisbi səs çoxluğunu toplaması lazımdır. Yeni dövlət başçısı avqustun 15-də vəzifəsinin icrasına başlayacaq.


Вернуться назад