Главная > Dünya > Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 10 PUA-sı vurulub"

Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 10 PUA-sı vurulub"


25-04-2023, 11:14. Разместил: azadses
Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiyanın müxtəlif tipli 10 PUA-sını vurub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumat bülletenində yazılıb.

Bildirilib ki, son sutka ərzində Ukrayna ərazisinə 70 raket zərbəsi endirilib: “Ukraynanın bütün ərazisinə raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır. Düşmən əsas səylərini Baxmut, Avdivka və Marinka ərazilərinə yönəldib. Baxmut və Marinka uğrunda şiddətli döyüşlər davam edir”.

Məlumata görə, Ukrayna Hərbi Hava Qüvvələri son sutka ərzində işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 9, eləcə də zenit-raket komplekslərinə 3 zərbə endirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.


Вернуться назад