Главная > Dünya > Türkiyə Milli Müdafiə Universitetinin müəllimi: “Erməni soyqırımı” yalnız antitürk siyasəti üçün istifadə olunan mexanizmdir”

Türkiyə Milli Müdafiə Universitetinin müəllimi: “Erməni soyqırımı” yalnız antitürk siyasəti üçün istifadə olunan mexanizmdir”


24-04-2023, 23:03. Разместил: azadses
“24 aprel əslində Türkiyə-erməni əlaqələrinin tarixinin təhrif edilməsi, elmin həbs edilməsi deməkdir. “Erməni soyqırımı”, onun yalan ittihamları yalnız antitürk siyasəti üçün istifadə olunan mexanizmdir”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə Milli Müdafiə Universiteti hərbi fakültəsi tarix kafedrasının müdiri, Azərbaycan əsilli professor İbrahim Ethem Atnur bildirib.

Professor deyib ki, hər il aprelin 24-də erməni lobbisi və tərəfdarları Osmanlı dövlətini qondarma “erməni soyqırımı” ilə ittiham etsə də, Türkiyə tərəfi bu ittihamların elmi əsasları olmadığını, antitürk siyasi əsaslı yanaşmalardan irəli gəldiyini sübut edir:

“Bu təqvimdə belə bir qətliam olmayıb. Əslində başda ermənilər olmaqla, yunanlar və digər qeyri-müsəlmanlar işğalçı qüvvələrlə əlbir olaraq Osmanlı əleyhinə ölkə daxilində üsyanlar etmək, ölkənin teleqraf xətlərinə, nəqliyyatına zərər vermək, təbliğat cəmiyyətləri təşkil etmək, sui-qəsdlər düzənləmək kimi antiinsani fəaliyyətlər göstəriblər. Onlardan da 670-i saxlanılıb, 250-si həbs olunaraq cəzalandırılıb, hətta sonradan bir qismi bəraət də alıb. Amma Vanı işğal edib, oradakı müsəlmanları kütləvi soyqırımına məruz qoyduqdan sonra onların deportasiyası haqqında 27 may 1915-ci ildə qərar verilib. Bu, dövlətin təhlükəsizliyi baxımından atılan addım olub. Deportasiya prosesində baş verən neqativ halların qarşısı alınıb, bunu törədənlər cəzalandırılıb. Həm də o dövrdə bütün ermənilər deportasiya edilməyib, dövlətin yüksək mənsəbli qurumlarında xeyli erməni mənşəli vəzifəlilər olub. Yəni Osmanlı dövlətini soyqırımı ilə ittiham etmənin heç bir tarixi faktlara söykənən əsası yoxdur”.

Tarixçinin sözlərinə görə, hər il yalan ittihamların daha da böyüməməsi, tarixi məsələlərdən siyasi parlamentlərdə və erməni lobbiləri vasitəsilə istifadə edilməməsi üçün türk diasporunun həqiqətləri dünya ictimaiyyətinə çatdırması istiqamətində fəaliyyətləri genişlənməlidir.


Вернуться назад