Главная > Dünya > ABŞ və Səudiyyə Ərəbistanı İrandan gələn təhdidləri müzakirə ediblər
ABŞ və Səudiyyə Ərəbistanı İrandan gələn təhdidləri müzakirə ediblər12-04-2023, 15:39. Разместил: azadses |
ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman Əl Səud telefonla Yəmən məsələsini müzakirə ediblər və İrandan gələn təhdidlərin qarşısının alınmasının vacibliyini vurğulayıblar. “Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidmətinin yaydığı məlumatda deyilib. Belə ki, Sallivan və Məhəmməd bin Salman Əl Səud “bir sıra beynəlxalq və regional məsələləri, o cümlədən Yəməndə müharibəyə son qoymaq üçün davam edən diplomatik əlaqələri müzakirə ediblər”. ABŞ Prezidenti Cozef Baydenin köməkçisi “son bir ildə Yəməndə əhəmiyyətli irəliləyiş” olduğunu qeyd edib. Onun fikrincə, “BMT-nin vasitəçiliyi ilə əldə edilmiş atəşkəs şəraitində hərbi əməliyyatlar, demək olar ki, dayanıb”. Sallivan Ər-Riyadın “müharibəyə son qoymaq” səylərinə kömək etməyə hazır olduğunu açıqlayıb. Amerika liderinin köməkçisi və vəliəhd “İran və digər ölkələrdən gələn təhdidləri daha da cilovlamaq zərurətini” vurğulayıb. “Sallivan Prezident Baydenin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün sarsılmaz sadiqliyini bir daha təsdiqlədi”, - Ağ evin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, Amerika liderinin köməkçisi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ikitərəfli “təmiz enerji sahəsində əməkdaşlığı”, eləcə də mobil rabitənin inkişafını təşviq etmək barədə razılığa gəliblər. Вернуться назад |