Главная > Dünya / Manset > İsrail ordusu Suriya ərazisinə zərbələr endirib

İsrail ordusu Suriya ərazisinə zərbələr endirib


9-04-2023, 11:22. Разместил: admin
İsrail ordusu Suriya ərazisinə zərbələr endirib

İsrail Silahlı Qüvvələri daha əvvəl edilən raket hücumuna cavab olaraq Suriya ərazisini atəşə tutur.

Bu barədə İsrail Müdafiə Ordusu (İMO) məlumat yayıb.

“İMO-nun artilleriya qüvvələri Suriyada raketlərin buraxıldığı ərazini atəşə tutur”, - məlumatda deyilib.

İsrail ordusu şənbə günü axşam saatlarında Suriya ərazisindən üç raketin atıldığını qeydə alıb, onlardan biri İsrail ərazisinə keçərək Colan təpələrində yaşayış olmayan əraziyə düşüb.
Вернуться назад