Главная > Dünya > Xəzər sahildən kilometrlərlə uzaqlaşır: “Səviyyənin enməsi davam edir”

Xəzər sahildən kilometrlərlə uzaqlaşır: “Səviyyənin enməsi davam edir”


1-04-2023, 20:20. Разместил: admin
Xəzər sahildən kilometrlərlə uzaqlaşır: “Səviyyənin enməsi davam edir”

Xəzər dənizində suyun səviyyəsinin kəskin enməsini əks etdirən videogörüntü narahatlıq yaradıb. Qazaxıstanda çəkilən kadrlarda dəniz sularının sahildən xeyli uzaqlaşması əks olunub.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayılan görüntülərə münasibət bildirib.

ETSN rəhbərinin müşaviri Rasim Səttarzadə Oxu.Az-a açıqlamasında qeyd edib ki, son illər Xəzər dənizində suyun səviyyəsi enməyə davam edir:

“Bu da dəniz hövzəsində hidroloji və iqlim şəraiti ilə bağlıdır. Dənizin Qazaxıstan sahili daha mailidir. Buna görə Xəzərin Azərbaycan sahilində dənizin səviyyəsinin bir metr qalxması zamanı su altında qalan sahə 10 metrlərlə ölçülürdüsə, Qazaxıstan sahillərində bu, kilometrlərə bərabər olur”.
“Dəqiq proqnoz verə bilməsək də, dəniz səviyyəsinin enməsi davam edir. Sululuğun bir gün olması dənizin səviyyəsini artıra bilməz. Orada suyun artması il ərzində daxil olan həcmdən asılıdır. Əgər sululuğun artması uzun müddət davam edərsə, Xəzər dənizində suyun səviyyəsinin qalxmasına təsir edəcək”, - deyə müşavir vurğulayıb.
Вернуться назад