Главная > Dünya / Manset > Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49 min 500 nəfəri keçib
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49 min 500 nəfəri keçib18-03-2023, 20:37. Разместил: admin |
Fevral ayında Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərin qurbanlarının sayı demək olar, 49,6 min nəfərə çatıb, onlardan 6,8 min nəfəri əcnəbilərdir. Bunu jurnalistlərə açıqlamasında ölkənin vitse-prezidenti Fuat Oktay deyib. “Episentri Kahramanmaraş vilayətində yerləşən zəlzələlər nəticəsində 49 589 nəfər ölüb ki, onlardan 6 807 nəfəri xarici vətəndaşlardır”, - o deyib. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Вернуться назад |