Главная > Dünya > Tayvan və Çin arasında gərginlik artır

Tayvan və Çin arasında gərginlik artır


18-03-2023, 16:21. Разместил: admin
Tayvan və Çin arasında gərginlik artır

Tayvan adaya bitişik bölgədə Çin Xalq Azadlıq Ordusunun 20-dən çox təyyarəsi və dörd gəmisini qeydə alıb.

Bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbçilərin məlumatına görə, saat 06:00-a Tayvan yaxınlığındakı ərazidə 26 təyyarə və 4 gəmi aşkar edilib.
Eyni zamanda 15 təyyarə Tayvan boğazının orta xəttini keçib.
Вернуться назад