Главная > Dünya > Alimlər tualet kağızlarında zəhərli birləşmələr tapıblar

Alimlər tualet kağızlarında zəhərli birləşmələr tapıblar


14-03-2023, 16:27. Разместил: admin
Alimlər tualet kağızlarında zəhərli birləşmələr tapıblar

Bütün dünyada tualet kağızında zəhərli PFAS birləşmələri aşkar edilib, onlar təbii mühitdə demək olar ki, parçalanmır, lakin insan sağlamlığına sağalmaz ziyan vura bilərlər.

Bu barədə Florida Universitetinin alimlərinin araşdırmasında deyilir.

Bildirilir ki, sözügedən birləşmələr qaraciyər, qalxanabənzər vəzi xəstəliklərinə, həmçinin sonsuzluğa və hətta xərçəngə səbəb ola bilər.

Amma onların dəri vasitəsilə nüfuz etdiyini təsdiqləyən heç bir araşdırma yoxdur.

Jurnalistlərin və alimlərin təşvişinə səbəb bu çirkli kağızların əkin sahələrinə çıxarılan təbii suları və sənaye kompostlarını yoluxdurmasıdır. Bu vasitə ilə təhlükəli PFAS bəşəriyyəti təhdid edir.

PFAS - ən məşhuru Teflon olan, təxminən beş min süni sintez edilmiş maddələrdən ibarət qrupdur. Alimlər hesab edirlər ki, onun tualet kağızlarında ortaya çıxmasında məhsulların avadanlıqlara yapışmasının qarşısını almaq üçün PFAS istifadə edən tualet kağız istehsalçıları məsuliyyət daşıyırlar. Eyni zamanda, istehsalçılar kağızda təhlükəli kimyəvi maddənin ortaya çıxmasında günahlarını qəti şəkildə inkar edirlər.

Qeyd edilir ki, dünyanın 21 ən böyük istehsalçısının videoları elm adamları tərəfindən yoxlanılıb və onların hamısında PFAS aşkar edilib.
Вернуться назад