Главная > Dünya / Manset > Kanada paytaxtında 26 fevral Xocalı faciəsi qurbanlarının Anım Günü elan olunub - BƏYANNAMƏ

Kanada paytaxtında 26 fevral Xocalı faciəsi qurbanlarının Anım Günü elan olunub - BƏYANNAMƏ


26-02-2023, 10:21. Разместил: admin
Kanada paytaxtında 26 fevral Xocalı faciəsi qurbanlarının Anım Günü elan olunub - BƏYANNAMƏ
Kanadanın paytaxtı Ottava şəhərində 26 fevral 2023-cü il tarixi Xocalı faciəsi qurbanlarının Anım Günü elan olunub.

“Report”un ABŞ bürosu xəbər verir ki, bununla bağlı Ottava şəhərinin meri Cim Vatson müvafiq qərar imzalayıb.

Proklamasiyada qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi cinayət nəticəsində 613 dinc sakin, o cümlədən qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilib.

Şəhər meri sənəddə Xocalı Soyqırımının 31-ci ildönümündə Kanadada yaşayan Azərbaycan icmasının kədərinə şərik olduğunu qeyd edib. O, soyqırımı qurbanlarının və Birinci Qarabağ müharibəsində Azərbaycanın bütövlüyü uğrunda canından keçən həmvətənlərimizin xatirəsinin əbədi yaşayacağını da fikirlərinə əlavə edib.


Вернуться назад