Главная > Dünya > Beyrutdakı partlayışda 6 Türkiyə vətəndaşı yaralanıb?

Beyrutdakı partlayışda 6 Türkiyə vətəndaşı yaralanıb?


5-08-2020, 11:46. Разместил: azadses
Ötən gün Beyrutda baş vermiş partlayış nəticəsində yaralanan Türkiyə vətəndaşlarının sayı 6-ya çatıb.
“Azad Səs” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu tvitter hesabında açıqlama verib.

“Livandakı partlayışda yaralanan vətəndaşlarımızın sayı 6-ya çatıb. Onlardan 5-i yüngül xəsarətlər alıb. Əməliyyat olunan vətəndaşımızın vəziyyəti isə yaxşıya doğru gedir. Ailələri ilə əlaqədəyik”,- deyə nazir açıqlamasında bildirib.
Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda pirotexniki anbarda baş verən partlayış nəticəsində 100-dən çox insan həlak olub, 4000 mindən çox insan xəsarət alıb.

Вернуться назад