Главная > Dünya > Türkiyə, Finlandiya və İsveçin NATO-ya üzvlük barədə danışıqları bərpa edəcəkləri vaxt bilindi

Türkiyə, Finlandiya və İsveçin NATO-ya üzvlük barədə danışıqları bərpa edəcəkləri vaxt bilindi


23-02-2023, 14:15. Разместил: admin
Türkiyə, Finlandiya və İsveçin NATO-ya üzvlük barədə danışıqları bərpa edəcəkləri vaxt bilindi

Türkiyə, İsveç və Finlandiya mart ayında iki ölkənin NATO-ya daxil olması ilə bağlı danışıqları bərpa etmək niyyətindədir.

Bu barədə İsveçin baş naziri Ulf Kristersson deyib:

“İsveç, Finlandiya və Türkiyə arasında NATO-ya üzvlüklə bağlı danışıqlar mart ayında bərpa olunacaq”.

Onun sözlərinə görə, danışıqlar prosesinin bütün iştirakçıları qarşıdan gələn görüşü təsdiqləyiblər. Eyni zamanda, İsveç hökumətinin başçısı danışıqların dəqiq tarixini açıqlamayıb.
Вернуться назад