Главная > Dünya / Manset > Çin səmasında uçan naməlum obyekt görünüb

Çin səmasında uçan naməlum obyekt görünüb


13-02-2023, 09:49. Разместил: admin
Çin səmasında uçan naməlum obyekt görünüb

Bazar günü Çinin Riçjao şəhərinin (Şandun əyalətinin şərqi) ərazi suları üzərindəki hava məkanında naməlum uçan obyekt aşkar edilib.

Ölkənin Hərbi Hava Qüvvələri onu vurmağa hazırlaşır.

Bu barədə bölgənin Dəniz İşləri Departamenti məlumat yayıb.

Bildirilir ki, ərazidə olan balıqçı qayıqlarına müvafiq xəbərdarlıq edilərək, diqqətli olmaları tapşırılıb.

Hadisənin təfərrüatı barədə hələlik məlumat verilmir.
Вернуться назад