Главная > Dünya / Manset > İran sanksiyalara baxmayaraq neft ixracını artırır
İran sanksiyalara baxmayaraq neft ixracını artırır16-01-2023, 11:43. Разместил: admin |
İran neftinin ixracı 2023-cü il ərəfəsində maksimuma - gündə təxminən 1,2 milyon barelə yüksəlib. “Reuters” neft bazarının profil şirkətlərinin məlumatlarına istinad edərək belə qənaətə gəlir ki, İran neftinin ixracı bu il də gələcək artım potensialını qoruyub saxlayır. Belə ki, enerji məsləhətçisi “SVB İnternational” ötən ilin dekabrında İrandan xam neft ixracının orta hesabla sutkada 1,137 milyon barel təşkil etdiyini, noyabr ayı ilə müqayisədə gündəlik 42 min barel çox olduğunu bildirib. Mənbə xatırladır ki, Tehranın neft ixracı ABŞ-nin keçmiş prezidenti Donald Trampın 2018-ci ildə nüvə sazişindən çıxmasından və İran hökumətinin gəlirlərini azaltmağa yönəlmiş sanksiyaları bərpa etdikdən sonra məhdudlaşdırılıb. İxracın artması nüvə sazişini yeniləməyə çalışan ABŞ prezidenti Co Baydenin dövründə baş verib. Вернуться назад |