Главная > Dünya > “SpaceX” gizli missiya üçün hərbi peykləri orbitə çıxaracaq

“SpaceX” gizli missiya üçün hərbi peykləri orbitə çıxaracaq


16-01-2023, 10:47. Разместил: admin
“SpaceX” gizli missiya üçün hərbi peykləri orbitə çıxaracaq

ABŞ-nin “SpaceX” kosmik şirkəti yanvarın 16-da gizli hərbi peykləri olan “Falcon Heavy” daşıyıcı raketini kosmosa buraxmağı planlaşdırır.

Göyərtəsində məxfi hərbi peyklər olan güclü daşıyıcı raketin buraxılışı Floridadakı Kennedi Kosmik Mərkəzindən həyata keçiriləcək.

Peyklərdən biri - “Continuous Broadcast Augmenting SATCOM 2” adlı hərbi rabitə peyki Yerdən təxminən 35,700 km hündürlükdəki geostasionar orbitə buraxılacaq.

Qeyd edək ki, bu, “Falcon Heavy” üçün beşinci uçuş olacaq.
Вернуться назад