Главная > Dünya > ABŞ maliyyə naziri: “Fövqəladə tədbirlər görülməsə, ölkəni defolt gözləyir”
ABŞ maliyyə naziri: “Fövqəladə tədbirlər görülməsə, ölkəni defolt gözləyir”15-01-2023, 09:17. Разместил: admin |
ABŞ defoltdan qaçmaq üçün gələn həftə “fövqəladə tədbirlərə” əl atmaq məcburiyyətində qalacaq. Bunu ABŞ-nin maliyyə naziri Canet Yellen yanvarın 14-də Konqres liderlərinə məktubunda bildirib. O, Nümayəndələr Palatasının və Senatın aparıcı üzvlərinə xatırladıb ki, Birləşmiş Ştatlar gələn həftə cümə axşamı günü 31,4 trilyon dollarlıq borc limitinə çatacaq. Buna görə də ya defolt elan etməli, ya da “fövqəladə tədbirlərə” əl atmalı olacaq. Yellen xəbərdarlıq edib ki, hökumət öhdəliklərini yerinə yetirməsə, bu, “ABŞ iqtisadiyyatına, bütün amerikalıların dolanışıq vasitələrinə və qlobal maliyyə sabitliyinə ciddi ziyan vuracaq”. Xatırladaq ki, borc limiti ABŞ hökumətinin mövcud qanuni öhdəlikləri yerinə yetirmək üçün borc götürməsinə icazə verilən pul məbləğidir. Вернуться назад |