Главная > Dünya > Zəngəzurda erməni əsgərlərin basdırıldığı panteonda partlayış baş verib

Zəngəzurda erməni əsgərlərin basdırıldığı panteonda partlayış baş verib


6-01-2023, 21:16. Разместил: admin
Zəngəzurda erməni əsgərlərin basdırıldığı panteonda partlayış baş verib

Yanvarın 1-də Ermənistanın Sünik (Zəngəzur) rayonunda partlayış baş verib.

Saat 21:40 radələrində Qarakilsədə yerləşən panteonda partlayışın baş verməsi barədə erməni polisinə məlumat daxil olub.

Hadisə nəticəsində bir nəfər - 36 yaşlı Qriqor S. tibb mərkəzinə yerləşdirilib. O, Qarakilsədə yerləşən panteonunun ərazisində olduğu zaman qumbara detonatoru ilə ehtiyatsız davranıb və nəticədə partlayış baş verib.
Вернуться назад