Главная > Dünya > Təbrizdə “Omikron”un alt ştammı tapılıb - FOTO

Təbrizdə “Omikron”un alt ştammı tapılıb - FOTO


3-01-2023, 15:34. Разместил: admin
Təbrizdə “Omikron”un alt ştammı tapılıb - FOTO

Təbrizdə “Omikron” alt ştammı aşkar edilib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bunu Təbriz Tibb Elmləri Universitetinin Səhiyyə məsələləri üzrə prorektoru Hüseyn Həqqayi deyib.

O bildirib ki, Şərqi Azərbaycan əyalətində aparılan koronavirus testlərinə əsasən, əyalətdə adları “BQ1” və “XBB” olan “Omikron”un yeni alt ştammına bir neçə yoluxma halı müşahidə olunub.

Həqqayinin sözlərinə görə, yoluxmuş insanlar karantində olsalar da, çinlilərin Şərqi Azərbaycana gediş-gəlişi səbəbindən koronavirus xəstəliyinin yeni ştammına yoluxma ehtimalı daha yüksəkdir.
Вернуться назад