Главная > Dünya > Belarus ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

Belarus ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi


28-12-2022, 18:41. Разместил: admin
Belarus ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

Belarusda ordunun döyüş hazırlığına gətirilməsinə başlanılıb.

Bu, ölkədə döyüş hazırlığının qəfil yoxlanılması planı çərçivəsində həyata keçirilir.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Döyüş və səfərbərlik hazırlığı səviyyəsinin qəfil yoxlanılması planına (...) uyğun olaraq Minsk hərbi komendantlığında müharibə hazırlığına keçilməsi üzrə kompleks tədbirlər reallaşdırılır”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların biliklərinin yoxlanılması, eləcə də onların bölmələri maksimum döyüş hazırlığına gətirmək bacarıqlarının qiymətləndirilməsidir.
Вернуться назад