Главная > Dünya > Azərbaycan XİN rəhbəri belaruslu həmkarının vəfatı ilə bağlı başsağlığı verib - FOTO

Azərbaycan XİN rəhbəri belaruslu həmkarının vəfatı ilə bağlı başsağlığı verib - FOTO


26-11-2022, 18:32. Разместил: admin
Xarici işlər naziri Ceyhun Bayramov belaruslu həmkarı Vladimir Makeyin vəfatı ilə bağlı başsağlığı verib.

XİN rəhbəri bununla bağlı “Twitter“də paylaşım edib.

“Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin vəfatı xəbərini dərin təəssüf hissi ilə öyrəndim. Vladimir Vladimiroviç əsl diplomat, Belarus vətənpərvəri və Azərbaycanın dostu idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - paylaşımda deyilir.


Вернуться назад