Главная > Dünya / Manset > Finlandiya nümayəndə heyəti terrorçuların ekstradisiyasını müzakirə etmək üçün Türkiyəyə gedəcək
Finlandiya nümayəndə heyəti terrorçuların ekstradisiyasını müzakirə etmək üçün Türkiyəyə gedəcək22-10-2022, 16:45. Разместил: admin |
NATO-ya üzvlük üçün müraciət edən Finlandiya Türkiyənin ekstradisiyasını tələb etdiyi FETO və PKK terrorçuları ilə görüşü həyata keçirmək üçün Ankaraya heyət göndərəcək. Finlandiya Ədliyyə Nazirliyinin rəsmiləri oktyabrın 25-də Ankarada Ədliyyə Nazirliyinin Xarici Əlaqələr və Avropa İttifaqı Baş direktoru Kasım Çiçəyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşəcək. Danışıqlar zamanı Ədliyyə Nazirliyi rəsmiləri FETO və PKK terrorçularının təhvil verilməsi üçün Finlandiya nümayəndə heyətinə müraciətlərini təkrarlayacaq. Bundan başqa, görüşlərdə terrorçuların əməlləri dəlillərlə izah ediləcək. Qeyd edək ki, İsveçlə NATO-ya üzvlük üçün müraciət edən Finlandiya NATO Sammitinin keçirildiyi Madriddə Türkiyə ilə terror təşkilatlarına qarşı əməkdaşlıq sözü verərək, üçtərəfli memorandum imzalayıb. Вернуться назад |