Главная > Dünya > Həbsxanaya terror hücumu - 11 ölü, 42 yaralı

Həbsxanaya terror hücumu - 11 ölü, 42 yaralı


3-08-2020, 09:03. Разместил: azadses
Əfqanıstanın Cələlabad şəhərindəki bir həbsxanaya partlayıcı qurğu quraşdırılmış avtomobillə hücum təşkil olunub.
Azad Səs Əfqanıstan mətbuatına istinadən xəbər verir ki, 3 ayrı partlayışın baş verməsi nəticəsində 11 nəfər həlak olub, 42 nəfər isə yaralanıb. Partlayışdan sonra bölgədə atışma səsləri eşidilib.
Terror aktının məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Вернуться назад