Главная > Dünya > Saakaşvili məhkəmə iclasında huşunu itirdi

Saakaşvili məhkəmə iclasında huşunu itirdi


6-10-2022, 13:00. Разместил: admin
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Tbilisinin “Vivamed” özəl klinikasında baş verən sərhədi qanunsuz keçmə işi üzrə məhkəmə iclası zamanı huşunu itirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə siyasətçinin amerikalı vəkili Massimo Danqelo məlumat yayıb.

“Bu gün bizə məlum oldu ki, prezident Saakaşvili dünən prokurorluq nümayəndələri onun otağına soxularaq məhkəməni təşkil etməyə cəhd etdikdən sonra yüksək qan təzyiqindən huşunu itirib”, - vəkil bildirib.
Ətraflı

Danqelonun sözlərinə görə, Saakaşvili amerikalı nevroloq tərəfindən yoxlanılıb və həkim narahatedici vəziyyətin olduğunu deyib.

“Əlbəttə, hələlik detallar barədə danışa bilmərik, lakin hazırda qeyd edə bilərik ki, cənab Saakaşvilinin səhhəti xeyli pisləşib”, - vəkil əlavə edib.

Qeyd edək ki, Saakaşvilinin xəstəxanada məhkəməsi çərşənbə axşamı keçirilib. Prokuror Levan Vepxvadze məhkəmə prosesi başa çatdıqdan sonra müttəhimin ifadə verməkdən imtina etdiyini deyib.

Vəkillər də öz növbəsində sabiq prezidentin xəstələndiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini iddia ediblər. Sərhədi qanunsuz keçmə ilə bağlı növbəti məhkəmə prosesi oktyabrın 19-na təyin edilib.
Вернуться назад