Главная > Dünya / Manset > Qasırğa Floridada onlarla insanın ölümünə səbəb oldu

Qasırğa Floridada onlarla insanın ölümünə səbəb oldu


1-10-2022, 18:00. Разместил: admin
Bu həftənin əvvəlində ABŞ-ın Florida ştatını vuran “İan” qasırğası nəticəsində azı 45 nəfər həlak olub.

Dördüncü kateqoriyaya aid edilən qasırğada küləyin sürəti 250 km/saata çatıb. Ştatda çoxsaylı dağıntılar qeydə alınıb, 2,5 milyona yaxın insan elektrik enerjisindən məhrum olub, telekommunikasiya şəbəkələri sıradan çıxıb, hava limanları bağlanıb.

“İan” post-tropik siklona çevrildiyindən, təhlükənin hələ bitmədiyi qeyd olunur.

Cənubi Karolinada hökumət sakinlərdən evlərini tərk etməməyi tələb edir.
Вернуться назад